Aida Tağızadə

Məsləhətçi

Doğum tarixi:

05 fevral 1934


Aida Zeynal qızı Tağızadə Şuşada anadan olub.

Asəf Zeynallı adına Musiqi Kollecində, Üzeyir Hacıbəyov adına Konservatoriyanın fortepiano üzrə ifaçılıq (2 il) və musiqişünaslıq şöbəsində təhsil alıb.

1958-ci ildən Bakı Musiqi Akademiyasında fəaliyyət göstərir. Bəstəkarlarla bağlı araşdırmaları mövcuddur.

Bir müddət fəaliyyətini Türkiyənin Ankara Bilkent Universitetində davam etdirib (1996-2007).

Əməkdar incəsənət xadimi (1987), sənətşünaslıq namizədi (1969), professordur (1986).