Ağamurad Şirvanlı

Musiqi ifaçısı

Doğum tarixi:

24 iyun 1964


Ağamurad Şirvanlı (Aşıq Ağamurad İsrafilov Balamurad oğlu) Şamaxı rayonunun Mərzəndiyə kəndində anadan olub.

18 yaşından aşıq sənətinin sirlərini öyrənməyə başlayıb. Aşıq Rza Qobustanlını özünə ustad sayır. Artıq 1988-ci ildən məclislərə ayaq açıb, bölgələrdə, Bakıda keçirilən tədbirlərdəki çıxışlarında özünə pərəstişkar toplayıb. 1993-cü ildə Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsində “İncə tellər” aşıqlar ansamblının yaradılmasında fəal iştirak edib, hazırda bu kollektivə rəhbərlik edir. Türkiyədə, İranda, Dağıstanda Azərbaycan aşıq sənətinin tanınmış nümayəndəsi kimi çıxışları ona mükafatlar qazandırıb.

Əməkdar mədəniyyət işçisidir (2011).