Ağabəy Sultanov

Məsləhətçi

Doğum tarixi:

22 fevral 1936

Vəfat tarixi:

12 iyun 2007


Ağabəy Haşım oğlu Sultanov Bakıda anadan olub.

Azərbaycan Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində (1960), Moskva Elmi Tədqiqat Psixiatriya İnstitutunun aspiranturasında (1964-1967) təhsil alıb, dissertasiyalar müdafidə edərək fəlsəfə doktoru (1967), elmlər doktoru (1972) adları alıb.

Əmək fəaliyyətinə 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında həkim kimi başlayıb. 1968-ci ildən ömrünün sonunadək Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasında müxtəlif vəzifələrdə işləyib, 1990-cı ildən  kafedranın müdiri olub. Psixiatriyanın müxtəlif problemlərindən bəhs edən 4 dərslik və monoqrafiyanın, 300-dək elmi məqalənin müəllifidir.

Əməkdar elm xadimi, professor, Azərbaycan Milli Elmlər Akademiyasının, Psixiatrların Dünya Federasiyasının həqiqi üzvü, BMT-nin psixiatriya üzrə Azərbaycandakı koordinatoru, Akademik Yusuf Məmmədəliyev adına mükafatın və “Humay” mükafatının laureatı, Respublikanın baş psixiatrı Ağabəy Sultanov 2007-ci ildə vəfat edib.