Əddis Hacıyev

Rəssam

Doğum tarixi:

14 fevral 1964


Əddis Altay oğlu Hacıyev (Hədis Hacıyev) Bakıda anadan olub.

Azərbaycan Dövlət Rəssamlıq Məktəbində (1979-1983) və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kino rəssamlığı ixtisasında təhsil alıb (1991).

İlk əli işi - 4 yaşında çəkdiyi “Şir” adlı rəsm 1968-ci ildə “Göyərçin” jurnalında çap olunub. 1991-ci ildən Moskvada çalışır. Çox sayda film, tamaşa, tv verilişi, reklam və kliplərin rəssamı olub. İlk fərdi sərgisi 1991-ci ildə Moskvada açılıb. Britaniya İncəsənət və Dizayn Ali Məktəbinin nəzdindəki Moskva Ali Kino Məktəbinin “Quruluşçu rəssam” proqramının kuratorudur. “Əddislə ləzzətli görüşlər” internet mətbəx verilişi var.

Xarici film istehsalçılarının çəkdikləri “Ötən ömrə məktublar” (1994, rejissor Aleksandr Aravin / Rusiya), “Sadəlövh” (1994, rejissor Yevgeni Ginzburq / Rusiya), “Ev” (1995, rejissor Leonid Kvinixidze / Rusiya), “Prezident və onun qadını” (1996, rejissor Yelena Rayskaya / Rusiya), “Hipnoz” (2001, rejissor Qriqori Konstantinopolski / Rusiya), “Yay yağışı” (2002, rejissor Aleksandr Atanesyan / Rusiya), “Pis həmkar” (2005, rejissor Ceyms D.Dek / Rusiya, ABŞ), “Qaçırılma” (2007, rejissor Roland Joffe / ABŞ) filmlərinin rəssamı, “Sevgi tək gəlmir” (2011, rejissor Svetlana Muzıçenko / Rusiya) filmində Vladlen rolunun ifaçısıdır.

2007-ci ildən televiziya reklamlarında və musiqi kliplərində rejissor kimi işləyir.

Rusiya Kinematoqrafçılar İttifaqının rəyasət heyətinin üzvu (2013-ci ildən), Kino və Televiziya Rəssamları Gildiyasının vitse-prezidentidir (2017-ci ildən).