14 February 2025 Mənbə: aki.az

THE NEXT ISSUE OF THE QUARTERLY BULLETIN "RAKURS" HAS BEEN PUBLISHED

THE NEXT ISSUE OF THE QUARTERLY BULLETIN "RAKURS" HAS BEEN PUBLISHED

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb. Azərbaycan Kinematoqrafçılar İttifaqının 2024-cü ilin iyul-dekabr aylarında icra etdiyi işlərin hesabatının yer aldığı rüblük informasiya bülleteninin bu nömrəsində, ölkəmizin kino sahəsində görülən işlər diqqətə çəkilib. Qeyd edək ki, ölkəmizdə gedən kino prosesinin xronikasını izləmək məqsədilə nəşr edilən, əlamətdar kino hadisələrini xatırlatmaq üçün nəzərdə tutulan bülletenin budəfəki sayında çəkiliş meydançalarına, festivallar və müsabiqələrə, yubilyar filmlərə, yubileyi olan sənətkarlar haqqında olan məqalələrə və dünyasını dəyişmiş yaradıcılar haqqında məlumat yer alıb.

Bülletenin nəşrində əsas məqsəd, AKİ-nin gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşımaqla yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaradanlar və kino araşdırmaçıları üçün nəzərdə tutulub.

“Rakurs” rüblük bülleteni Xalq yazıçısı, dramaturq Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaradılmış, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin məsləhətilə çap edilir. İnformasiya bülleteninin nəşrə məsulu, AKİ-nin icraçı katibi, rejissor Əli İsa Cabbarov, tərtibatçısı Ramil Ələkbərov, redaktorları Aygün Aslanova, Rizvan Ələsgərdir.

 

14.02.2025

MƏNBƏ: aki.az

Share now: