Nəcibə Məlikova

aktrisa

Personal Info

  • Doğum tarixi: 25.10.1921
  • Vəfat tarixi: 27.07.1992

Biography

Nəcibə Haşımbəy qızı Məlikova Buzovnada anadan olub. Bakı Teatr Məktəbində təhsil alıb (1940-1943, Fatma Qədrinin sinfi). Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və yeni təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil alıb (1951). Təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən yenə bu teatrda işləyib. Əməkdar artist (1959), Xalq artisti (1974) Nəcibə Məlikova 1992-ci ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.

 

x