İstintaq (1979)

tammetrajlı bədii film | 87 dəqiqə
Rating:
0/10
0

Movie Info

  • Director: Rasim Ocaqov
  • Actors: Aleksandr Kalyagin, Rasim Balayev, Həsən Məmmədov, Şəfiqə Məmmədova, Yelena Prudnikova
  • Release Date: 18 Feb, 1979
  • Janr: detektiv, psixoloji dram
  • Texniki göstəricilər: 35 mm
  • Mükafatlar: 1. XIII Ümumittifaq Kino Festivalı - “ən yaxşı bədii film” (1980, Düşənbə) 2. Rejissor Rasim Ocaqova SSRİ dövlət mükafatı (1981) 3. Ssenari müəllifi Rüstəm İbrahimbəyova SSRİ dövlət mükafatı (1981) 4. Operator Rafail Qəmbərova SSRİ Dövlət Mükafatı (1981) 5. Rəssam Fikrət Bağırova SSRİ Dövlət Mükafatı (1981) 6. Aktyor Aleksandr Kalyaginə SSRİ Dövlət Mükafatı (1981) 7. Aktyor Həsən Məmmədova SSRİ Dövlət Mükafatı (1981) 8. Aktrisa Şəfiqə Məmmədovaya SSRİ Dövlət Mükafatı (1981)
  • İstehsalçı: Azərbaycanfilm

Movie Story

Filmin mövzusu 60-cı illərdə Azərbaycanda baş vermiş hadisələr ətrafında cərəyan edir. O dövr üçün SSRİ-də mafiyanın varlığından bəhs etmək böyük risk idi. Bu baxımdan filmin müəllifləri ilk dəfə olaraq cəsarətli addım atmağa nail ola bildilər. Ancaq bu, heç də asan başa gəlmədi. Çünki söhbət bir ölkədə fəaliyyət göstərən mafiyadan gedirdi. Mafiyada fəaliyyət göstərən cinayətkarlar isə daima xüsusi orqanlar tərəfindən dəstəklənirlər. Əvvəllər güləş üzrə idmançı olan Murad Əbiyev gözlənilmədən qalantereya sexinin rəisi təyin edilir. Günlərin birində o, qeyri-qanuni mal istehsal edib satdığına görə həbs olunur. Müstəntiq Seyfi Qəniyev vicdanlı, güzəştə getməyən, billur kimi təmiz adamdır. Muradla bağlı işi apararkən o, belə nəticəyə gəlir: Əbiyev əsas cinayətkar deyil, o, pərdə rolunu oynayır, bu pərdənin arxasında isə əsl cinayətkar işbazlar durur. Onları üzə çıxarıb ifşa etmək lazımdır.

 

Filmin çəkilişləri Bakı, Moskva və kinostudiyanın həyətində qurulmuş pavilyonda lentə alınıb.

 

* …Çox çətinliklə ekranlara buraxılandan sonra film bütün ölkədə böyük səs-küyə səbəb oldu. Rusiyanın bəzi vilayət komitələri rəhbərlik etdikləri ərazilərdə filmin baxışını qadağan etdilər. Moskva isə öz növbəsində filmi ona görə qəbul etmişdi ki, orada söhbət Azərbaycandan gedirdi və deməli bütün ölkənin adına ləkə sala bilməzdi..

…Heydər Əliyev: “Bu filmə bir neçə dəfə baxılmış və hər dəfə də narazıçılıqlara səbəb olmuşdur. Buna görə də mən filmə baxmaq üçün kollektiv baxış təşkil etdim. Kollektiv baxışdan sonra həmkarlarımın hamısı bu fikirdə oldu ki, guya film respublikamızı nüfuzdan salır, rüsvay edir. Halbuki bu film respublikamızda mənim gördüyüm işin-korrupsiyaya qarşı apardığım mübarizənin bədii təcəssümü idi. Sağ olsunlar ki, onlar (Rüstəm İbrahimbəyovla Rasim Ocaqov nəzərdə tutulur) bu mövzuya girişmişdilər. Yeri gəlmişkən, mən o vaxt onlara dedim ki, bu mövzudan əl çəkməyin. Belə də etdilər. Film istehsalata buraxıldıqdan sonra əngəllər, qadağalar başladı. Belə olan halda mən də tədbirlər gördüm və “İstintaq” filmi böyük şöhrət qazandı…

…Azərbaycanda film nə qədər çox təzyiqlərə məruz qalsa da, son anda ölkə başçısının razılığı, filmi yüksək səviyyədə qəbul etməsi hər şeyi öz yoluna qoydu. Ancaq elə ki, film Moskvada fəaliyyət göstərən Bədii Şuranın ixtiyarına təqdim edilir, bundan sonra yenidən problemlər ortaya çıxmağa başlayır. Qəribə burasındadır ki, Moskvada filmin ssenarist işinin, rejissor işinin, eləcə də aktyor oyununun professinal səpkidə hazırlanmasını xüsusilə vurğulayan Bədii Şura üzvləri son məqamda “Sovetlər ölkəsinə belə bir film yaraşmaz” fikrini önə çəkirlər. Rasim müəllimin dediklərindən: “… çox çək-çevirdən sonra filmin 28 kadrında düzəliş etdilər və bizə dedilər ki, əgər film dediyimiz formada çəkilməsə, onda onu qəbul etməyəcəyik. Doğrudur, biz onlara qarşı çıxaraq fikirləri ilə razı olmadığımızı da bildirə bilərdik. Ancaq bu cür addım atmaq filmin gələcək taleyini sual altında qoya bilərdi. Buna görə ciddi fikirləşmək və qəti qərar vermək lazım gəlirdi. Rüstəmlə birgə oturub fikir mübadiləsi apardıq və son məqamda da bu ara gəldik ki, filmin 28 kadrı olmasa da, heç olmasa 4-5 kadrında dəyişiklik etmək lazımdır. Misal olaraq həmin kadrların bir neçəsini xatırlatmaq istərdim. Filmin qəhrəmanı Muradın son anda özünü necə asmasını tam açıq şəkildə göstərirdik. Həmin kadra qadağa qoyulduqdan sonra bəzi dəyişikliklər etdik. Dəyişiklik də əsasən ondan ibarət oldu ki, müstəntiq Seyfinin evinə zəng edərək “Murad özünü asmağa cəhd göstərmişdir” deyilir. Bundan başqa isə Seyfi Elmarın (Rasim Balayev) otağına daxil olur və onlar arasında narazı bir söhbət başlayır. Söhbətin qısa məzmunu isə ondan ibarət olur ki, Elmar “nahaq yerə şəkli Murada göstərmisən, bu, düzgün deyil, əksinə sən tərəfindən törədilmiş bir təxribatdır” deyə öz narazıçılığını bildirir. Elə ki, bu narazı söhbətdən sonra Seyfi otaqdan çıxır, o zaman qapının önünə yığışmış bir neçə həmkarı “nə olub” deyə narahat vəziyyətdə soruşurlar. Bu kadrın mənası o deməkdir ki, Seyfinin tərəfkeşləri var və hər dəqiqə onun fəaliyyətini dəstəkləyirlər, onun mübarizəsinə qoşulurlar. Bundan başqa, isə toy səhnəsində də dəyişiklik etdik. Yenidən çəkdiyimiz kadrda toyun qızğın vaxtında iki nəfər məclisi tərk edərkən onlardan soruşurlar ki, “toyu bəyənmədiniz”, cavabında “bu necə toydur, elə bil hər kəs pulunun çoxluğunu nümayiş etdirir, bir-birləri ilə yarışa giriblər” deyirlər. Xatırladım ki, toy kadrının bu şəkildə çəkilməsini Heydər Əliyev də məsləhət görmüşdü.

Mən də həmin hadisənin içində yaşadığımı üçün bütün halların şahidi olmuşam. Yaxşı yadımdadır ki, Heydər Əliyevin qadağasına görə heç kim dəbdəbəli toy keçirmirdi, qohum-qardaşdan artıq adamı məclisinə dəvət edə bilmirdi. Bu baxımdan biz də filmdə toy səhnəsini iki nənfərin sözü ilə tənqid etdik. Yəni əslində bu söhbət öz məqamında yerinə düşmüşdü”.

Filmin bir neçə kadrı yenidən çəkildikdən sonra onu Moskva Bədii Şurasının ixtiyarına verirlər. Bu dəfə Moskva yenə də mane olmaq istəyir, ancaq Heydər Əliyevin zəngi və “film necədir, biz çox bəyəndik” deyə soruşması onların susmasına səbəb oldu. “Hətta Bədii Şuranın üzvləri öz aralarında danışarkən “onsuz da bu filmlə özləri-özlərini biabır edirlər” deyə qısa fikir mübadiləsi apardıqdan sonra filmin istehsalata buraxılmasına icazə verdilər”.

Film Moskva Bədii Şurasının baxışından keçdikdən sonra yüksək kateqoriyaya layiq görülür. Buna baxmayaraq, filmin tirajı çox olmur. Bəzi respublikalar, xüsusilə Özbəkistan, Ukrayna filmi qəbul etmədikləri üçün onun öz ölkələrində nümayiş edilməsinə qarşı çıxdılar…. (“İstintaq: Azərbaycan mafiyası ilk dəfə milli kinoda”, Ekspress qəzeti, 28.08.2003, Ulduzə Qaraqızı).*

 

Titr: “1969-cu ilin avqust ayında Azərbaycan KP MK-nın plenumu olmuşdur. Respublikanın həyatında təsadüf olunan neqativ hallara qarşı plenumdan sonra kəskin mübarizə başlanmışdır. Filmdə həmin mübarizənin başlanğıc və ən mürəkkəb dövrünü əks etdirən bir hadisədən danışılır”.

 

Rejissor: Rasim Ocaqov

Ssenari müəllifi: Rüstəm İbrahimbəyov

Operator: Rafail Qəmbərov

Rəssam: Fikrət Bağırov

Bəstəkar: Emin Sabitoğlu

Rollarda: Aleksandr Kalyagin (Seyfi Qəniyev), Həsən Məmmədov (Murad Əbiyev), Şəfiqə Məmmədova (Gülya Qəniyeva), Yelena Prudnikova (Ayan Əbiyeva), Rasim Balayev (podpolkovnik Elmar), Yevgeni Lebedev (Muradın kamera qonşusu), Tofiq Mirzəyev (Teymur), Həsənağa Turabov (general), M.Hüseynov (Almazov), Faiq Vəliyev (Rafiq), Sona Aslanova, Z.Fətullayeva, Y.İsmayılova, Q.Abdullayeva, L.Hüseynov, D.Məmmədova, Elxan Ağahüseynoğlu (Dadaşov), N.Qurbanova, O.Seyidbəyli, Eldəniz Rəsulov (köməkçi), Nina Osipova, Lev Friçinski, Nəcəf Həsənzadə (qəzetçi), Ağasadıq Gəraybəyli (Almazovun əmisi), Gümrah Rəhimov (milis işçisi), Tariyel Qasımov (milis işçisi), Ramiz Məlikov (milis işçisi), Elxan Qasımov, M.İbrahimov, Dadaş Kazımov (çəkməçi), Şəmsi Şəmsizadə, Mirzə Babayev (qonaq), Cavan Zeynallı (müğənni), Tələt Rəhmanov (toydakı qonaq), Lətifə Əliyeva (toydakı qonaq), Elxan Quliyev (milis), Yusif Əlizadə (milis)

Filmi səsləndirənlər: Səməndər Rzayev (Seyfi Qəniyev-Aleksandr Kalyagin), Əminə Yusifqızı (Ayan Əbiyeva-Yelena Smirnova), Yusif Vəliyev (Muradın kamera qonşusu-Yevgeni Lebedev), Şahmar Ələkbərov (Teymur-Tofiq Mirzəyev), Həsən Əbluc (Almazov-M.Hüseynov), Məmmədrza Şeyxzamanov (Almazovun əmisi-Ağasadıq Gəraybəyli)

Montajçı: Gülşən Səlimova

İkinci rejissor: Ramiz Əliyev

Rejissor assistentləri: Zəfər Murtuzov, Y.Əhmədov, C.Şahverdiyev

İkinci operator: Vaqif Muradov

Operator assistentləri: Aydın Mustafayev, A.Arutyunov

Rəssam assistenti: Y.Kirşner

Dekor rəssamı: L.Frankenberq

Qrim rəssamı: Elbrus Vahidov

İşıq ustası: V.Ağacanov

Səs operatoru: Vladimir Savin

Musiqi ifaçısı: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri

Dirijor: V.Vasilyev

Məsləhətçi: Sabir Hüseynov (daxili işlər xidməti polkovniki)

Redaktorlar: Nadejda İsmayılova, Əhmədağa Muğanlı

Direktor: Davud Zöhrabov

 

 

Trailers & Videos

trailers
x

Filmi izlə:

tammetrajlı bədii film

"İstintaq" filminin kadrarxasında baş verənlər

Emin Sabitoğlu - "İstintaq" filminin fon musiqisi

Reviews ( 0 )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

x