İlişdin (1898)

qısametrajlı bədii film | 1 dəqiqə
Rating:
0/10
0

Movie Info

  • Director: Aleksandr Mişon
  • Release Date: 02 Aug, 1898
  • Janr: komediya
  • İstehsalçı: Aleksandr Mişon
  • Texniki göstəricilər: 35 mm, səssiz

Movie Story

 

Filmdə Bakı şəhər bağında baş vermiş məzəli əhvalat öz əksini tapır.

Bakı şəhər bağı. Əlində günəş çətiri tutmuş zadəgan xanım gəlib skamyalardan birində oturur. Arxadan xanıma yaxınlaşan cibgir onun qolundan salladığı əl çantasından pulu götürmək istərkən möhkəm və ağır bir əl oğrunun qolundan yapışır. Bunu gözləməyən cibgir gözləri qorxudan bərəlmiş halda dönüb onu yaxalayan adama yazıq-yazıq baxır. Jandarm özündən razı halda gülümsəyir və ciddi görkəm alıb cibgirə deyir: “İlişdin”.

Film ilk Azərbaycan film-süjetidir. Bu süjet ilk dəfə Bakıda V.İ.Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da göstərilib. “İlişdin” kinosüjeti ilə Azərbaycan bədii kinosunun əsası qoyulub. Kinolent barədə məlumat “Kaspi qəzeti”ndə verilib. Kinosüjet “Canlı fotoşəkillər” kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilib. Nümayiş etdirilən süjetlər arasında “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin “Veliki knyaz Aleksey” paroxodunda yolasalma mərasimi”, “Qafqaz rəqsi, “1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı” kinosüjetləri də var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişdilər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilib və bu günə kimi orada qorunub saxlanılır.

 

Rejissor: Aleksandr Mişon

Ssenari müəllifi: Aleksandr Mişon

Operator: Aleksandr Mişon

 

Reviews ( 0 )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Recommend movies

x
0/10
x