İkinci dünya müharibəsi və Azərbaycan (2005)

tammetrajlı sənədli televiziya filmi | 58 dəqiqə
Rating:
0/10
0

Movie Info

  • Director: Akif Arifoğlu
  • Release Date: 26 Apr, 2024
  • Janr: tarixi
  • İstehsalçı: Lider televiziyası Azərbaycan redaksiyası

Movie Story

Filmin birinci hissəsi ön cəbhə qəhrəmanlarına, ikinci hissəsi arxa cəbhə qəhrəmanlarına həsr olunub.

II Dünya Müharibəsinin gedişində Almaniyanın SSRİ-yə hücumu zamanı Azərbaycan əhalisinin sayı 3,4 milyon nəfər idi. Respublika əhalisinin hər 5 nəfərdən biri – 681 min nəfər döyüş əməliyyatlarında iştirak edib. Müharibəyə gedənlərin 10 min nəfərdən çoxu qadınlar idi. 1941-1942-ci illərdə Respublika əhalisinin hər 3 nəfərdən biri – 1 milyon adam hərbi təlim proqramına cəlb edilmişdi. 250 min azərbaycanlı döyüş əməliyyatları zamanı həlak oldu. 400 mindən artıq döyüşçü döyüş orden və medalları ilə təltif olundu. Bunlardan 1560 nəfəri partizan hərəkatının iştirakçıları idi. 14 döyüşçü şöhrət ordeninin hər üç dərəcəsi ilə mükafatlandırıldı. 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

II Dünya Müharibəsinin gedişində Azərbaycan cəbhəyə 75 milyon ton neft və 22 milyon ton benzin və başqa neft məhsulları göndərdi. Bu SSRİ-də istehsal olunan neftin 71,4 %-ni təşkil edirdi. Azərbaycan əhalisi müdafiə fonduna 15 kq qızıl, 952,5 kq gümüş, 320 min manat pul verdi. Cəbhəyə 1,6 milyon ədəd xüsusi əhəmiyyətli müxtəlif məhsullar və 125 vaqon isti paltar göndərildi. Bakı zavodlarında 130 adda müxtəlif silah və döyüş sursatı istehsal olundu.

Azərbaycan ərazisindəki hərbi hospitallarda 440 min yaralı döyüşçü müalicə olundu. 80 min adam arxa cəbhədəki fədakarlığına görə müxtəlif orden və medallara layiq görüldü.

Filmdə Foto-Kino Sənədləri Arxivinin materiallarından istifadə edilib.

Rejissor: Akif Arifoğlu

Ssenari müəllifi: Füzuli Sabiroğlu

Operatorlar: Vüqar Vaqifoğlu, Sahib Səfərov

Filmi səsləndirən: Şahin Əliyev

Montajçılar: Tofiq Babayev (II), Cavad Ağayev, Natiq Hüseynov

Koordinator: Anar Şuşalı

Redaktor: Müsəllim Həsənov

Baş redaktor: Məqsəd Nur

 

Recommend movies

x