Zümrüd Qasımova

aktrisa

Personal Info

  • Doğum tarixi: 23.03.1982

Biography

Zümrüd Bəxtiyar qızı Qasımova (Zümrüd Bəxtiyar / Zümrüd Qasımova-Zeynalova) Qusarda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr ve kino aktyoru fakültəsində təhsil alıb (2000-2004). Vaqif İbrahimoğlunun tələbəsi olub. 2001-ci ildən Yuğ Dövlət Teatrında çalışır. İlk rolu “Canımda can” (İbrahim İbrahimli) tamaşasında olub. Televiziya karyerasına 2003-cü ildən başlayıb. Space TV, ANS TV, Region TV, Xəzər TV və ARB TV-də aparıcılıq edib.

 

x