Zülfiyyə Eldarqızı

aktrisa

Personal Info

  • Doğum tarixi: 20.06.1972

Biography

Zülfiyyə Eldarqızı (Zülfiyyə İsmayılova Eldar qızı) Sumqayıtda anadan olub, əslən Laçındandır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu ixtisasında təhsil alıb (1989-1994). Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib (1998-2015). “Azərbaycan kino tarixi oçerkləri” (2001) dərs vəsaitinin həmmüəlliflərindən biridir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur (2008). Mətbuatda 100-dən çox məqaləsi çap olunub. Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisasıdır.

“Netflix İndoneziya” istehsalı olan “Layla Məcnun” (2021, rejissor Monti Tiva) filmində çəkilib.

Bədii qiraətlə də məşğuldur.

 

x