Ziyafət Abbasov

rejissor

Personal Info

  • Doğum tarixi: 01.10.1935

Biography

Ziyafət Əmir oğlu Abbasov Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1963-1968).

Azərbaycan Dövlət Teleradio Şirkətində (1968-1974), “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor şöbəsində bədii rəhbər, bədii filmlər rejissoru, “Mozalan” kinojurnalının bədii rəhbəri, baş redaktoru olub (1974-1994). “Mozalan” kinojurnalı üçün 40-a yaxın bədii və sənədli süjet çəkib. 1994-cü ildə kinostudiyaya direktor əvəzi təyin olunub. “Azərbaycanfilm” kinostudiyasının direktoru olub (1995-2001). Əməkdar incəsənət xadimidir (1991).

 

x