Zilli Namazov

aktyor

Personal Info

  • Doğum tarixi: 08.09.1951
  • Vəfat tarixi: 27.12.2021

Biography

Zilli Yunis oğlu Namazov Bakıda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino-aktyor fakültəsində təhsil alıb (1974, Adil İsgəndərovun kursu). 1976-cı ildən “Azərbaycanfilm”də aktyor-rejissor kimi çalışıb. Uzun müddət televiziya sahəsində də işləyib.

Xarici film istehsalçılarının “Müsahibə alan adam” (1986, rejissor Yuri Maruxin) filmində, “Dağıdılmış körpülər” (1996, rejissor Rafiq Puya / ABŞ) filmində sərhəd zabiti rolunda çəkilib və filmin rejissor assistenti olub.

Əməkdar artist (2019) Zilli Namazov 2021-ci ildə vəfat edib.

Aktyor, rejissor Zilli Namazov aktyor İlkin Namazovun atasıdır.

 

 

x