Zeynal Xəlil

şair, dramaturq

Personal Info

  • Doğum tarixi: 23.03.1914
  • Vəfat tarixi: 11.08.1973

Biography

Zeynal Rza oğlu Xəlil (Zeynal Xəlilov) Gəncədə anadan olub. 17 yaşında ikən poeziya aləminə gəlib. “İstək” adlı ilk şeirlər kitabı 1936-ci ildə nəşr olunub. Böyük Vətən müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərlər: “Yəhərləyin atları”, “416”, “Döyüşçünün vəsiyyəti” və s. şeirlər; Zoya Kosmodemyanskayaya həsr olunmuş “Tatyana” poeması (1942) yazıb. “Düşüncələr” (1943), “Etibar” (1947), “Arzular” (1949), “İki dünya” (1952), “Bənövşə” (1956), “Şeirlər” (1963), “Sevdiyim rəng” (1970), “Günəş, dəniz və insan” (1973) və s. şeir kitablarının, “Ulduzlar” (1961) mənzum romanın müəllifidir. “İntiqam” (1941), “Qatır Məmməd” (1945), “Gənc ustalar” (1954), “Ata yolu” (1966) pyesləri var. Əsərləri xarici dillərə tərcümə olunub. P.Antokolski, R.Həmzətov, D.Quramişvili, Ş.Petöfi, Qafur Qulam və başqalarından tərcümələr edib. Əməkdar incəsənət xadimi (1964) Zeynal Xəlil 1973-cü ildə vəfat edib.

x