Zaur Məhərrəmov

rejissor, operator

Personal Info

  • Doğum tarixi: 28.01.1938

Biography

Zaur Xasay oğlu Məhərrəmov (Zaur Mükərrəm) Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində təhsil alıb (1957-1963). 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında operator assistenti kimi fəaliyyətə başlayıb. 1980-ci illərdən rejissor kimi fəaliyyətini davam etdirib, yaradıcılığını sənədli kinoya həsr edib. 1988-ci ildə “Yaddaş” sənədli filmlər studiyasını təşkil edib. Əməkdər incəsənət xadimi, Dövlət mükafatı laureatı (1982), professor Zaur Məhərrəmov hazırda Türkiyənin Anadolu Universitetinin Kino və televiziya bölməsində dərs deyir. Türkiyədə “Sinematografi üzerine düşünceler” və “Belgesel estetiği üzerine düşünceler” kitabları çap olunub. “Qızıl Pəri” mükafatı laureatıdır (2015).

 

x