Yusif Şeyxov

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 02.02.1951

Biography

Yusif Mənsur oğlu Şeyxov Bakıda anadan olub. İki il Neft-Kimya İnstitutunda (1969-1970), daha sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1970-1975).

1975-ci ildə “Azərbaycanfilm“ kinostudiyasında rejissor assistenti kimi fəaliyyətə başlayıb. Sonralar Dövlət Kinematoqrafiya Komitəsində (1979-1985), “Azərkinoprokat” idarəsinin müdiri (1985-1990), “Azərkinovideo” İstehsalat Birliyinin baş direktor müavini (1990-2001), Mədəniyyət Nazirliyində (2001-2006) və Mədəniyyət və Turizm Nazirliyində (2006-2018) fəaliyyətini davam etdirib.

Kino yaradıcılığına hələ məktəb illərində “Sehrli xalat” filmində baş qəhrəmanlardan birini oynamaqla başlayan Yusif Şeyxov sonralar bir çox bədii, sənədli və cizgi filmlərinin ssenari müəllifi olub.

Əməkdar mədəniyyət işçisidir (2000).

 

x