Yusif Səmədoğlu

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 25.12.1935
  • Vəfat tarixi: 17.08.1998

Biography

Yusif Səmədoğlu (Yusif Vəkilov Səməd Vurğun oğlu) Bakıda anadan olub. Maksim Qorki adına Ədəbiyyat İnstitutunda (1953), Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində (1957-1958) təhsil alıb. “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960-1965), Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ssenari redaksiya heyətinin üzvü (1965-1969), baş redaktoru, “Azərbaycanfilm” kinostudiyasının direktor müavini (1969-1976), “Ulduz” jurnalının baş redaktoru (1976-1987), “Azərbaycan” jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləyib. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilib (1991). Bədii yaradıcılığa 1953-cü ildə “Qanlı çörək” hekayəsi ilə başlayıb. “220 saylı otaq” (1960), “Qalaktika” (1973), “Qətl günü” (1987) kitablarının müəllifi olub. “Şöhrət” ordeni ilə təltif olunub (1995). Əməkdar incəsənət xadimi (1979), Xalq yazıçısı (1998) Yusif Səmədoğlu 1998-ci ildə vəfat edib.

Yazıçı Yusif Səmədoğlu şair Səməd Vurğunun oğludur.

Yazıçı Yusif Səmədoğlu şair Vaqif Səmədoğlunun qardaşıdır.

 

x