Yusif Əkbərov

rejissor

Personal Info

  • Doğum tarixi: 02.09.1949
  • Vəfat tarixi: 04.10.2016

Biography

Yusif Məmmədağa oğlu Əkbərov (Yusif Əkbər) Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1972). C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor (1972-1974), H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında quruluşçu rejissor (1974-1987), baş rejissor (1987-1991) işləyib. 1991-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında quruluşçu rejissor (1991-2006), 2006-ci ildən baş rejissor işləyib (2006-2014). Yusif Əkbərov 2016-cı ildə vəfat edib.

 

x