Yuri Vladimiroviç Omelçenko Bakıda anadan olub. Bakı Bələdiyyə Teatrında, Gənc Tamaşaçılar Teatrında çalışıb. 1997-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur. Rusiya istehsalı olan “Dronqo” (2002, rejissor Zinoviy Royzman) serialında çəkilib. Əməkdar artistdir (2021).