Yeganə Əbdülməmmədova

rejissor

Personal Info

  • Doğum tarixi: 03.09.1978

Biography

Yeganə Vidadi qızı Əbdülməmmədova Bakıda anadan olub. Əmək fəaliyyətinə 2003-cü ildə Space televiziyasının yaradıcılıq emalatxanasında rejissor assistenti, rejissor vəzifələrində çalışaraq başlayıb. ANS televiziyasında, “Bakıfilm” kinostudiyasında televiziya və dublyaj rejissoru kimi fəaliyyət göstərib (2007-2014). Bu müddətdə telekanalın efirində yayımlanan “Marş”, “Ölümündən 24 saat əvvəl”, “Dəyər” verilişlərinin rejissoru olub. Eyni zamanda “Bakıfilm” kinostudiyasının lentə aldığı ilk teleserialların rejissoru kimi fəaliyyət göstərib. 2015-ci ildə Lider televiziyasının “Azərbaycan” redaksiyasında rejissor kimi fəaliyyətini davam etdirib, orada bir çox filmlərin və “Bakımız” silsilə sənədli proqramının rejissoru olub. 2017-cı ildən  ARB televiziyasının nəzdində film istehsalı üzrə fəaliyyət göstərən Aranfilm Yaradıcılıq Mərkəzinin rejissoru kimi fəaliyyət göstərib. “Xilas” filmi 2018-ci ildə Xəzər Mediaforumu çərçivəsində Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən kino müsabiqəsində “Ən yaxşı jurnalist işinə görə” “İnsan və dəniz” nominasiyasında ikinci yerə layiq görülüb.

 

x