Yaşar Qarayev

məsləhətçi

Personal Info

  • Doğum tarixi: 05.03.1936
  • Vəfat tarixi: 25.08.2002

Biography

Yaşar Vahid oğlu Qarayev Şəkidə anadan olub. 1946-cı ildə ailəliklə Bakıya köçüblər. Azərbaycan Dövlət Universitetinin filоlоgiya fakültəsində təhsil alıb (1954-1958). Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda baş labоrant, kiçik elmi işçi, baş elmi işçi, nəzəriyyə və ədəbi proses şöbəsinin müdiri, direktorun elmi işlər üzrə müavini, direktоru işləyib. 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin tənqid və ədəbiyyatşünaslıq üzrə katibi işləyib. Ədəbi yaradıcılığa 1955-ci ildən başlayıb. Mətbuatda klassiklər, müasir ədəbi prоses, teatr sənəti, elm, estetika məsələləri barədə əsərləri ədəbi ictimaiyyətin diqqətini cəlb edib. “Faciə və qəhrəman”, “Səhnəmiz və müasirlərimiz”, “Pоeziya və nəsr”, “Mirzə Fətəli Aхundоv”, “Pоeziyamızın kamilliyi”, “Хarı bülbülün nağılı” və s. kitabları nəşr olunub. Tənqidçi, ədəbiyyatşünas, filоlоgiya elmləri dоktоru (1980), professor (1985), Dövlət mükafatı laureatı (1980), Əməkdar elm xadimi (1982) Yaşar Qarayev 2002-ci ildə vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

x