Yana Nikitina

aktrisa

Personal Info

  • Doğum tarixi: 15.08.1975

Biography

Yana Vitalyevna Nikitina Bakıda anadan olub. Bakı Slavyan Universitetinin filologiya fakültəsində təhsil alıb. Gənc yaşlarından teatr və televiziyada çalışıb. “Şən və Hazırcavablar” klubu “Parni iz Baku”da çıxış edib. 1994-cü ildən iştirak etdiyi bu komanda ilə 1995-ci ildə keçirilən yay kubokunun və XX əsrin ən yaxşı komandaları sırasında birinci olub. Bir müddət Rus Dram Teatrında çalışıb. Xarici film istehsalçılarının “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev / Rusiya) serialında teleaparıcı rolunda, “Yasmin” (2013, rejissor Kseniya Zaruskaya, Vyaçeslav Kaminski / Rusiya) serialında Fatima rolunda çəkilib. Hazırda həm Azərbaycan, həm də Rusiyada kastinq direktoru, aktrisa, rejissor və prodüser kimi çalışır.

 

x