Xuraman Hacıyeva

aktrisa

Personal Info

  • Doğum tarixi: 07.03.1945
  • Vəfat tarixi: 15.02.2005

Biography

Xuraman Abdulla qızı Hacıyeva Ucar rayonunun Müsüslü kəndində anadan olub. Orta məktəbdən dram dərnəklərində iştirak edib. Azərbaycan Dövlət Teatr İnstitutunun Aktyorluq fakültəsinə daxil olub (1964). İkinci kursda oxuyarkən “Arşın mal alan” filmində Asya roluna çəkilib. 1966-cı ildə təhsilini yarımçıq qoyaraq Gəncəyə gedib və Gəncə Dövlət Dram Teatrında aktrisa işləməyə başlayıb. Gəncədəki Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində təhsil alıb. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Bir müddət Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb (1998-2001). 2001-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrına qayıdıb. Əməkdar artist (1979), Xalq artisti (1999) Xuraman Hacıyeva 2005-ci ildə vəfat edib.

 

 

x