Xosrov Abdullayev

aktyor

Personal Info

  • Doğum tarixi: 29.01.1926
  • Vəfat tarixi: 31.03.1980

Biography

Xosrov Abdulla oğlu Abdullayev Şamaxıda anadan olub. Moskva Dövlət Sirk Sənəti Məktəbində təhsil alıb (1942). Məşhur sovet jonqlyorlarından olub. 30 ildən artıq bu janrda fəaliyyət göstərib. Həmçinin kloun və illüzionist kimi də tanınıb (Karandaş və E.Kionun proqramlarında). 1976-cı ildə ilk dəfə “İllüziya revüsü” attraksionu ilə müstəqil çıxış edib. Dünyanın 48 ölkəsində qastrolda olub. Haqqında “Sirk mənim həyatımdır” filmi çəkilib.

Xarici film istehsalçılarının “Cəsurlar meydanı” (1953, rejissorlar Sergey Qurov, Yuri Ozerov / Rusiya), “Arena” (1967, rejissor Samson Samsonov / Rusiya), “Uçuş meydanı” (1973, rejissor Leonard Babaxanov / Özbəkistan) filmlərində çəkilib.

Xalq artisti (1977) Xosrov Abdullayev 1980-ci ildə Novosibirskdə vəfat edib, Moskvada Mitinskoye qəbiristanlığında dəfn olunub.

 

x