Xeyri Əmirzadə

aktyor

Personal Info

  • Doğum tarixi: 05.10.1893
  • Vəfat tarixi: 17.02.1958

Biography

Xeyri Osman oğlu Əmirzadə Krımda Yalta yaxınlığındakı Dərəköy kəndində anadan olub. Yeniyetməlikdən rəqs etməyə, rəssamlığa, aktyorluğa həvəs göstərib. Peterburq Rəssamlıq Məktəbində, Odessa Bədaye Məktəbində (1914-1918), Odessada 2 illik teatr studiyasında və Xarkovda Sürücülük Məktəbində təhsil alıb. Buxara Əmirinin sürücüsü olaraq əmək fəaliyyətinə başlayıb. Əmirin şərəfinə özünə Əmirzadə soyadını götürüb. 1917-ci ildə Rusiyada Oktyabr inqilabından sonra Yaltada ilk avtomobil məktəbini təşkil edib. İlk Krım tatar teatrının yaradıcılarından biri, Krım Tatar Dövlət Teatrının aktyoru (1921-1924) olub. Krım tatarlarına həsr olunmuş ilk filmlərdə çəkilib. 30-cu illərin əvvəllərindən “Azərfilm” kinostudiyasına dəvət alıb. Krımda, Azərbaycanda və Ukraynada filmlərə çəkilərək dövrünün kino ulduzu kimi populyarlaşıb. Krım-Tatar Muxtar Respublikasının Xalq artisti (1923) Xeyri Əmirzadə 1958-ci ildə Bakıda vəfat edib. Dəfn olunduğu yer məlum deyil.

 

x