Xatirə Süleymanova

aktrisa

Personal Info

  • Doğum tarixi: 01.09.1970

Biography

Xatirə Bəylər qızı Süleymanova Ağdamda anadan olub. Uşaqlığı Sumqayıt şəhərində keçib. 2 saylı İncəsənət Musiqi məktəbinin qarmon şöbəsində (1983-1988), Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr kollektivinin rejissoru ixtisasında (1989-1994) təhsil alıb. Əmək fəaliyyətinə Sumqayıt şəhər 11 saylı orta məktəbdə musiqi müəllimi kimi başlayıb (1994). Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində metodiki şöbənin və incəsənət şöbəsinin müdiri vəzifəsində (1995), Sumqayıt şəhər 11 saylı məktəbin “Uşaqlar birliyi təşkilatı”nın rəhbəri (1994-1996), Uşaq və Yeniyetmələrin Bədii şöbəsinin müdiri vəzifəsində (1996-2002) çalışıb. 2005-ci ildən H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktrisasıdır. Əməkdar artistdir (2018).

 

 

x