Xanım Aydın

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 08.05.1984

Biography

Xanım Aydın (Xanım Kərimova Aydın qızı) Bakıda anadan olub. Bakı Neft-Energetika Kollecinin Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı ixtisasında (1999–2003), Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində (2014–2016) və Karazin adına Xarkov Milli Universitetinin Rus dili filologiyası fakültəsində (2015–2020, Ukrayna) təhsil alıb. Mədəniyyət Nazirliyinin Məlumat Reklam Müəssisəsində müdir köməkçisi (2001–2008), Manera.az saytında redaktor (2015-2016), Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində korrektor (2016-2017), “Ulduz” jurnalında korrektor (2017–2018) olaraq çalışıb. Yazıçı, tərcüməçi və ssenarist kimi fəaliyyət göstərir. “Xan”, “Mücrü” və “Qanun” nəşriyyatlarıyla tərcüməçi kimi, “Kaspi”, “525-ci qəzet”, “Ədəbiyyat” qəzetləriylə jurnalist, tərcüməçi və yazıçı kimi əməkdaşlıq edir. Hazırda Artkaspi.az saytının redaktoru (2018-ci ildən), “Oscarfilm production”un ssenaristidir (2018-ci ildən).

 

 

x