Xan Şuşinski

musiqi ifaçısı

Personal Info

  • Doğum tarixi: 20.08.1901
  • Vəfat tarixi: 18.03.1979

Biography

Xan Şuşinski (İsfəndiyar Cavanşir Aslan oğlu) Şuşada anadan olub. Geniş diapozonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində hələ gənclik illərində şöhrət qazanıb. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə “Kürd-Şahnaz” muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona “Xan Şuşinski” adını verib. Xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olub. 1939-cu ildən Azərbaycan Dövlət Filarmоniyasının sоlisti оlub. 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində “Muğam studiyası” açıb, burada gənc xanəndələrə muğamın sirlərini öyrədib. Azərbaycan Dövlət Musiqi Məktəbində dərs deyib. Yaradıcılığında “Mirzə Hüseyn segahı”, “Şahnaz”, “Qarabağ şikəstəsi”, “Kürd-şahnaz”, “Rast”, “Bayatı-Şiraz”, “Çahargah”, “Mahur”, “Heyratı”, “Şur” və digər muğamlar əsas yer tuturdu. Mahnı (“Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” və s.) və təsniflər bəstələyib. Xalq artisti (1943) Xan Şuşinski 1979-cu ildə vəfat edib, İkinci Fəxri Xiyabanda dəfn olunub.

 

x