Xan Babayev

təsvir rejissoru

Personal Info

  • Doğum tarixi: 22.03.1919
  • Vəfat tarixi: 29.05.1967

Biography

Xan Yusif oğlu Babayev Lənkəranın Seydəkaran kəndində anadan olub. 1922-ci ildə ailə ilə birlikdə Bakıya köçüb. N.Nərimanov adına Azərbaycan Dövlət Politexnikumunun Elektronika fakültəsində (1931-1937), Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinooperatorluq fakültəsində (1938-1950, Boris Volçekin emalatxanası) təhsil alıb. Müharibədən əvvəl müxtəlif təşkilatlarda səs mexaniki köməkçisi, texnik-elektrik, Azərbaycan Dövlət Akademik Dram Teatrında işıq sexi müdirinin II köməkçisi işləyib. Müharibədən sonra kinostudiyada kinooperator kimi çoxsaylı filmlərdə çalışıb. 1967-ci ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. Xan Babayev 1967-ci ildə vəfat edib.

 

x