Xalidə Quliyeva

aktrisa

Personal Info

  • Doğum tarixi: 24.09.1952

Biography

Xalidə Camal qızı Quliyeva (Xalidə Qasımova) Bakıda anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1974). İnstitutun nəzdindəki “Səda” Tədris Teatrında (1973-1976), 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında aktrisa kimi fəaliyyət göstərib. 2004-cü ildən Lider TV-nin dublyaj redaksiyasında çalışıb. İran kinematoqrafçılarının istehsal etdikləri “İtirilmiş pay” (2007, rejissor Həsən Nəcəfi) filmində ana rolunda, “Səkkizinci asiman” (2011, rejissor Həsən Nəcəfi) filmində baş rolda çəkilib. Əməkdar artist (2008), Xalq artistidir (2019).

Aktrisa Xalidə Quliyeva ssenarist Eldəniz Quliyevin həyat yoldaşıdır.

 

 

x