Xəyalə Meydanova

aktrisa

Personal Info

  • Doğum tarixi: 25.06.1991

Biography

Xəyalə Meydanova (Xəyalə Qasımova) Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu fakültəsində təhsil alıb (2008-2012). Birinci kursda oxuyarkən Cəfər Cabbarlı adına qiraət müsabiqəsində ikinci yerə layiq görülüb. Buzovna qəsəbəsində Sidqi Ruhulla adına Mədəniyyət Evində rejissor kimi çalışmağa başlayıb. “Fırıldaqçı” adlı tamaşası mədəniyyət evləri arasındakı müsabiqədə üçüncü yeri tutub. 5 il müddətində Bakı Uşaq Teatrında çalışıb (2011-2016). Hazırda Gənc Tamaşaçılar Teatrınn aktrisasıdır.

 

x