Vüsal Nuru

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 07.07.1981

Biography

Vüsal Nuru Ağdamda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. 2006-cı ildən əsasən “525-ci qəzet”, “Kaspi”, “Kredo” qəzetləri ilə əməkdaşlıq edir. Məqalələri, müsahibələri, esseləri, şeir və hekayələri dövri mətbuatda işıq üzü görüb. “Yağış damlasıyam” (2007), “Eybəcərlər adası” (2011), “999” (2012), “Prezidentin qızı” (2014), “Dorandağ” (2015) kitablarının müəllifidir. 2008-ci ildə “Turan” ədəbi birliyini təsis edib. Hazırda AYB-nin orqanı olan “Ulduz” ədəbi-bədii jurnalında nəsr, poeziya şöbələrinin redaktoru vəzifəsində çalışır. “Prezident təqaüdü”nə layiq görülüb (2009).

 

x