Vüsalə Mirzəyeva

rejissor

Personal Info

  • Doğum tarixi: 11.03.1978

Biography

Vüsalə Vaqif qızı Mirzəyeva Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Televiziya rejissorluğu fakültəsində təhsil alıb (1994-1998). “Televiziya və musiqi” adlı elmi işi müdafiə edərək magistr dərəcəsi alıb (2002). Mətbuatda bir sıra yazılarla çıxış edib. Azərbaycan Dövlət Televiziyasında çalışdığı müddətdə (1998-2006) “Bəyaz rəqs”, “Bazar günü”, “Meloman”, “Nağılbazın nağılı”, “Harmoniya” kimi verilişlərin müəllifi və rejissoru olub. “Sabah” Yaradıcılıq Birliyində Ramiz Həsənoğlunun film-tamaşalarında ikinci rejissorluq edib (2000-2006). 2006-cı ildən Space TV-də öncə “xəbərlər” departamentinin baş rejissoru, sonra isə “musiqili layihələr qrupu”nun rejissoru kimi fəaliyyət göstərib, “Azərbaycan xalq rəqsləri”, “Dastanlardan gəlmişik”, “Vip club”, “Sizin saat” verilişlərinə quruluş verib. ATV-də yayımlanan “Üçüncü göz” verilişinin layihə rəhbəri və rejissoru olub (2016-2017). Eyni zamanda müstəqil fəaliyyət göstərərək br neçə şirkət və prodakşnlarla əməkdaşlıq edib və musiqi kliplərinin (Elşən Dadaşov “Necə unudum səni”; Nazpəri Dostəliyeva “Sevgi qarğışı”; Aybəniz Haşımova və Bülbüllər “Vətəndən pay olmayır”, “Qaval rəqsi”), müxtəlif tədbir və konsertlərin (Yaşıl Teatr konsertlərinin televiziya versiyası; Dünya Güləş Çempionatının açılış mərasimi) quruluşçu rejissoru olub. Hazırda müstəqil olaraq fəaliyyətini davam etdirir, sənədli filmlər və müxtəlif layihələr üzərində işləyir. “İlin ən yaxşı gənc rejissoru” mükafatına (2007), televiziya verilişlərində milli musiqinin təbliğinə görə “Qızıl Buta” mükafatına (2007) layiq görülüb.

x