Vüqar Camalzadə

bəstəkar

Personal Info

  • Doğum tarixi: 09.10.1974

Biography

Vüqar Vaqif oğlu Camalzadə Bakıda anadan olub. 3 saylı musiqi məktəbinin piano sinfində (1983-1991), Azərbaycan Dövlət Neft Akademiyasının Energetika fakültəsində (1991-1996), Azərbaycan Dövlət Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsində (1996-2000, İsmayıl Hacıbəyovun kursu) təhsil alıb.

Əsərləri: F-no üçün 8 Prelüd (1995); Simfonik mənzərə (1995); Simfonik variasiyalar (1996); Klarnet və f-no üçün 3 hissədən ibarət Sonatina (1997); Violonçel və f-no üçün 3 hissəli Sonata (1997); BSO üçün proqram simfonik musiqi (1999); Kamança və orkestr üçün konsert (2001); Onun ürəyi-nağıl müzikl (2011); Sehirli quş Naranın nağılı – müzikl (2013); Dədə Qorqud baleti (2019); eləcə də bir çox tamaşa, film və seriallar üçün musiqilər.

Azərbaycan Milli Konservatoriyasının dosentidir. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası (2017-dən), Yuğ Dövlət Teatrı (2018-dən), A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı (2017-dən) ilə çalışır. Əməkdar artistdir (2015).

 

x