Vidadi Paşayev

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 05.09.1943
  • Vəfat tarixi: 11.04.1991

Biography

Vidadi Abbas oğlu Paşayev Yardımlıda anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. “Qobustan” jurnalında məsul katib, “Gənclik” nəşriyyatında baş redaktor (1970), Azərbaycan Dövlət Radio və Televiziyasında İncəsənət və Radio teatrı şöbəsinin müdiri olub. “Azərbaycanfilm” kinostudiyasında çalışıb.

“Aldanmış ulduzlar” operasının librettosonun müəllifidir. Fransız yazıçısı Stendalın “Vanina Vanini” povestini, polyak yazıçı Yanuş Pşimanovski “Dörd tankçı və it” povestini Azərbaycan dilinə tərcümə edib. Mozalan satirik jurnalında qısametrajlı filmlərin ssenari müəllifi (1971-1985) olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda dərs deyib. Bakı, Moskva və Gəncədə yaşayıb. Vidadi Paşayev 1991-ci ildə vəfat edib.

 

x