Vasif Adıgözəlov

bəstəkar

Personal Info

  • Doğum tarixi: 28.07.1935
  • Vəfat tarixi: 15.09.2006

Biography

Vasif Zülfüqar oğlu Adıgözəlov Bakıda anadan olub. İlk musiqi təhsilini musiqi məktəbinin fortepiano sinfində alıb. Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq (1953-1958, Qara Qarayevin sinfi) və fortepiano ixtisasında (1959, Simuzər Quliyevanın sinfində) təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlayıb. Azərbaycan televiziyasında baş redaktor (1957-1959), Asəf Zeynallı adına Musiqi Texnikumunda müəllim (1959-1960) və direktor (1972-1983), Filarmoniyada baş musiqi redaktoru (1960-1961), Bəstəkarlar İttifaqında məsul katib (1962-1968) və birinci katib (1990-2006), Dövlət Mahni və Rəqs Ansamblının bədii rəhbəri (1968-1978) vəzifələrində çalışıb. Bakı Musiqi Akademiyasında Xor dirijorluğu kafedrasına rəhbərlik edib, 1989-cu ildən professor adını alıb.

İlk bəstəsini 11 yaşında edib. 4 simfonik konserti, 4 oratoriyası – “Odlar Yurdu”, “Qarabağ Şikəstəsi”, “Çanaqqala”, “Qəm karvanı”, 3 simfoniyası, simfonik poemaları, operaları var. Dövlət mükafatı laueratı (1991), Əməkdar incəsənət xadimi (1973), Xalq artisti (1989), “Humay” mükafatı laureatı, “Şöhrət” (1997) və “İstiqlal” (2005) ordenləri ilə təltif olunmuş Vasif Adıgözəlov 2006-cı ildə vəfat edib.

Bəstəkar Vasif Adıgözəlov dirijor Yalçın Adıgözəlovun atasıdır.

Bəstəkar Vasif Adıgözəlov xanəndə Zülfü Adıgözəlovun oğludur.

 

x