Vaqif Şərifov

aktyor

Personal Info

  • Doğum tarixi: 12.08.1943
  • Vəfat tarixi: 05.10.2021

Biography

Vaqif Abdulla oğlu Şərifov Gəncədə anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1967). 1960-cı ildən teatrda əmək fəaliyyətinə başlayıb. Gəncə Dövlət Dram Teatrında rejissor (1967-1974), Sumqayıt Dövlət Dram Teatrında baş rejissor (1974-1977), Ağdam Dram Teatrında baş rejissor (1977-1981), Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor (1981-1984), direktor və bədii rəhbər vəzifəsində çalışıb (1984-1998). “Qanun dəllalı” tamaşasının quruluşuna görə “Qızıl Dərviş” mükafatına layiq görülüb. “Tərəqqi” medalı ilə təltif edilib (2013).

Əməkdar incəsənət xadimi (1992), Xalq artisti (2014) Vaqif Şərifov 2021-ci ildə vəfat edib.

 

x