Vaqif Mustafayev

rejissor

Personal Info

  • Doğum tarixi: 28.08.1953

Biography

Vaqif Behbud oğlu Mustafayev Bakıda anadan olub. Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda, Moskvada Ali rejissorluq və ssenaristlər kursunun rejissor bölməsində (Eldar Ryazanovun kursu) təhsil alıb. Kinoda uğurlarına görə müxtəlif beynəlxalq festivalların mükafatlarına layiq görülüb. Bir müddət Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini olub. “Space” Müstəqil Teleradio Yayım Şirkətinin prezidentidir. Əməkdar incəsənət xadimi (2000), Xalq artistidir (2005). Dövlət mükafatı, “Şöhrət” (2003) və “Şərəf” (2018) ordenləri ilə təltif olunub.

 

x