Vaqif Məmmədov

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 07.08.1939
  • Vəfat tarixi: 15.09.2015

Biography

Vaqif Hümmət oğlu Məmmədov (Vaqif Hümmətoğlu / Vaqif Hümbətoğlu) Gədəbəy rayonunun Düz Rəsullu kəndində anadan olub. Azərbaycan Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alıb. 1967-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. “Sovet Azərbaycanı”, “İncəsənət”, “Gənc nəsil” kinojurnallarının redaktoru olub. 1980-ci ildən “Mozalan” satirik kinojurnalında redaktor vəzifəsinə təyin olunub. 100-dən çox süjetin ssenari müəllifi və redaktoru olub. Ömrünün sonuna kimi “Azərbaycanfilm” ,kinostudiyasında redaktor vəzifəsində çalışıb. 60-dan çox elmi-kütləvi və sənədli filmin müəllifidir. Əməkdar mədəniyyət işçisi (2008) Vaqif Məmmədov 2015-ci ildə vəfat edib.

 

x