Vaqif İbrahimoğlu

aktyor

Personal Info

  • Doğum tarixi: 18.10.1949
  • Vəfat tarixi: 12.05.2011

Biography

Vaqif İbrahimoğlu (Vaqif Həsənov İbrahim oğlu) Bakının Mərdəkan qəsəbəsində anadan olub. Azərbaycan Dövlər Mədəniyyət və İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1967-1972). Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (1973-1976), Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında (1976-1979) aktyor, Tədris Teatrında (1979-1982) bədii rəhbər, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında (1982-1989) baş rejissor kimi çalışıb. Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən ömrünün sonuna qədər Yuğ Teatrının bədii rəhbəri və baş rejissoru olub. 2005-ci ildən “Narimanfilm” kinostudiyasının bədii-ekspert şurasının sədri olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəalliyətlə məşğul olub, dosent idi. Əməkdar incəsənət xadimi (1991), “Qızıl Dərviş” mükafatı laureatı (1991) Vaqif İbrahimoğlu 2011-ci ildə vəfat edib.

 

 

 

x