Vaqif Əsədullayev

prodüser

Personal Info

  • Doğum tarixi: 05.01.1947

Biography

Vaqif Höcət oğlu Əsədullayev Bakıda anadan olub. Bakı Maliyyə-Kredit Texnikumunda, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun İqtisadiyyat fakültəsində təhsil alıb. 1969-cu ildə “Azərbaycanfilm” kinostudiyasında işıqçı vəzifəsinə işə qəbul olunub. Elə həmin ildən rejissor köməkçisi kimi çalışıb. 1976-cı ildə Moskvaya köçüb. Bir müddət Moskvada Dövlət Kino Komitəsində işləyib (1976-1989). Burada xarici ölkələrlə müştərək kino çəkilişləri təşkil edən Beynəlxalq Kino Festivalları Müdiriyyəti “Sov.İnter.Fest” və “Sov.İn.Film”də çalışıb. 1989-cu ildə İnterDet MMC-yə vitse-prezident seçilib və baş direktor vəzifəsinə təyin olunub. 2002-ci ildə Bakıda “Sarvan” kinostudiyasına baş direktor vəzifəsinə təyin olunub və 2004-cü ilədək burada işləyib. 2005-ci ildə A.S.V.A Profi XII əsr kinostudiyasını təsis edib və 2009-cu ilədək onun baş direktoru olub. 2009-cu ildən ANS TV-nin “Bakıfilm” kinostudiyasının baş direktoru olub.

Xarici film istehsalçılarının çəkdikləri “Ətli-canlı” (1990, rejissor Boris Qriqoryev / Ukrayna), “Şəhər” (1990, rejissor Aleksandr Bursev / Rusiya), “Əfqanlar” (Böyük Britaniya), “Getmək, getməmək” (Avstriya), “Qırmızı imperiya” (sənədli serial / Böyük Britaniya), “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev / Rusiya), “Marinanın taleyi” (ABŞ), “Pasternak ömrü” (Almaniya) filmlərinin prodüseri və icraçı prodüseri olub.

Prodüser Vaqif Əsədullayev prodüser Elman Əsədullayevin qardaşıdır.

 

x