Vaqif Əsədov

aktyor, rejissor

Personal Info

  • Doğum tarixi: 05.04.1947

Biography

Vaqif Firudin oğlu Əsədov (Vaqif Əsəd Firudinoğlu) Naxçıvanda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru ixtisasında təhsil alıb (1969). Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb (1969-1989). Naxçıvan şəhərində fəaliyyət göstərmiş “Cavid” Poeziya Teatrının yaradılmasına nail olub (1982-1989). Rejissor kimi Naxçıvan Teatrında hazırladığı “Elektra” tamaşası uğurlu tamaşa kimi vaxtı ilə Moskva televiziyası ilə nümayiş etdirilib. Akademik Milli Dram Teatrının səhnəsində “Burlaxatun” (Nəbi Xəzri) və İrəvan Dövlət Dram Teatrın səhnəsində “Məhəbbət yaşayır hələ” (Hidayət) tamaşalarına quruluş verib. İri miqyaslı dövlət tədbirlərinin rejissoru və ssenari müəllifi olub. 1989-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərir. Əməkdar artist (1978), Xalq artistidir (2006).

Rejissor, aktyor Vaqif Əsədov aktrisa Zemfira Əliyevaın həyat yoldaşıdır.

 

x