Vaqif Əliyev

aktyor

Personal Info

  • Doğum tarixi: 31.07.1940
  • Vəfat tarixi: 13.08.2021

Biography

Vaqif Məzahir oğlu Əliyev Bakıda anadan olub. M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil alıb (1962-1968). 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlayıb, əvvəlcə kütləvi səhnələrdə, sonra epizodik rollarda səhnəyə çıxıb. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 33 il burada fasiləsiz olaraq aktyor kimi çalışıb. 2000-2021-ci illərdə Bakı Bələdiyyə Teatrında çalışıb. İran kinematoqrafçılarının “Arzular” (2005, rejissor Rəhbər Qənbəri) filmində çəkilib. Əməkdar artist (1990), Xalq artisti (2002) Vaqif Əliyev 2021-ci ildə vəfat edib.

 

 

x