Vaqif Əlixanlı

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 13.10.1943

Biography

Vaqif Ənvər oğlu Əlixanlı (Vaqif Əlixanov) Qubanın Yerfi kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsində təhsil alıb (1961-1967). Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin incəsənət şöbəsində redaktor (1968-1971), böyük redaktor (1971-1976), Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş redaktor əvəzi (1976-1979), ssenari redaksiya heyətinin üzvü (1979), Mədəniyyət Nazirliyi teatr və musiqi müəssisələri idarəsinin baş redaktoru (1879-1981), İdarə rəisi (1981) vəzifələrində çalışıb. 1991-ci ildə yenidən televiziyaya qayıdıb, “Xəbərlər”, daha sonra isə “Ədəbi-Dram” studiyasının direktoru vəzifəsini yerinə yetirib. 1993-cü ildə Radioda Xalq yaradıcılığı baş redaksiyasını yaradıb və orda baş redaktor kimi yaradıcılığına davam edib. Sonrakı illərdə “Space”, ABBA, Lider, qısa müddət ANS TV-də də baş redaktor vəzifəsində çalışıb. 2008-ci ildən Space TV-nin Dublyaj redaksiyasının baş redaktoru olub. 2013-cü ildən “Qobustan” jurnalının baş redaktorudur. Ədəbi fəaliyyətə “Bulaq” və “Dünyanı bəzəyənlər” radio verilişlərinə yazdığı etnoqrafik hekayələr və “XX əsr İncəsənət” və “Palitra” televiziya verilişinə yazdığı “Rənglər” silsilə hekayələri ilə başlayıb. “Qızıl qələm” mükafatı laureatı (1972), Əməkdar mədəniyyət işçisidir (2019).

 

 

x