Valeri Kərimov

operator

Personal Info

  • Doğum tarixi: 26.06.1945
  • Vəfat tarixi: 09.03.1998

Biography

Valeri Sultan oğlu Kərimov Bakıda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1969-1974). “Bakıtuneltikinti” idarəsində fəhlə işləyib. Fotoqrafiya ilə məşğul olduğu üçün bir qədər sonra iş yerini dəyişərək kinostudiyaya gəlib. Burada işıqçı, operator assistenti işləyib. Təhsil aldıqdan sonra operator kimi çoxsaylı filmlər çəkib. “Debüt” studiyasında rejissor kimi “Həmyerli” adlı qısametrajlı bədii filmə quruluş verib. Əməkdar incəsənət xadimi Valeri Kərimov 1998-ci ildə vəfat edib.

Operator Valeri Kərimov səs rejissoru Tatyana Kərimovanın həyat yoldaşıdır.

Operator Valeri Kərimov səs rejissoru Teymur Kərimovun atasıdır.

Operator Valeri Kərimov fotoqraf Tofiq Kərimovun qardaşıdır.

 

x