Vahid Mustafayev

rejissor

Personal Info

  • Doğum tarixi: 04.09.1968

Biography

Vahid Fuad oğlu Mustafayev (Vahid Naxış / Vahid Mustafa Yev) Şəkidə anadan olub. Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetində təhsil alıb. Karyerasına 1988-ci ildə müxbir kimi başlayıb. Rok musiqisinə həsr olunmuş “Rokoko” adlı jurnalı əldə nüsxələnmiş aylıq dərgi kimi istehsal etməyə başlayıb. 1989-cu ildə yaranan Qarabağa Xalq Yardımı Komitəsinin mətbu orqanı olan “Azərbaycan” qəzetində işləməyə başlayıb. 26 noyabr 1991-ci ildə Seyfulla Mustafayev və Mirşahin Ağayev ilə birlikdə Azerbaijan News Service (Azərbaycan Xəbərlər Xidməti – ANS) təsis edib. ANS şirkətlər qrupuna daxil olan bütün şirkətlərin yaranmasına və fəaliyyətinə rəhbərlik edib (1991-1996). ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) şurasının sədri və prezidenti (1996-2016), ANS Şirkətlər qrupu MMC-nin prezidenti olub (2001-2016). ANS şirkətlər qrupu MMC-nin iştirakçıları olan ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV), ANS ÇM Yayım və Media Şirkətinin, ANS Kommers Şirkətinin və ANS Press nəşriyyat evi MMC-nin, habelə ANS-in əhatə dairəsinə daxil olan şirkətlərin təsisçilərindəndir və müxtəlif vaxtlarda direktoru olub. “Tərəqqi” medalı ilə təltif olunub. Hazırda “Balans” şirkətinə rəhbərlik edir.

Rejissor Vahid Mustafayev jurnalist, aktyor Çingiz Mustafayevin qardaşıdır.

 

x