Vəfa Əliseyran qızı Zeynalova (Vəfa Rzayeva) Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1998). Pantomim Teatrında (1994-1996) çalışıb. 1996-cı ildən Akademik Milli Dram Teatrının aktrisasıdır.
Türkiyə istehsalı olan “Trio” (2008) filmində və “Ahu qızı” serialında çəkilib.
Əməkdar artistdir (2011).