Üzeyir Hacıbəyov

bəstəkar

Personal Info

  • Doğum tarixi: 18.09.1885
  • Vəfat tarixi: 23.11.1948

Biography

Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov (Üzeyir Hacıbəyli) Ağcabədidə anadan olub. İlk təhsilini Şuşada alıb. Qori Müəllimlər Seminariyasında (1899-1904), Filarmonik Cəmiyyətin musiqi kurslarında (Moskva), Peterburq Konservatoriyasında təhsil alıb. Bədii yaradıcılığa publisistika ilə başlayıb. Azərbaycan musiqi mədəniyyəti tariхinə milli оperanın və peşəkar musiqinin banisi kimi daхil оlub. “Leyli və Məcnun”la Şərqdə opera sənətinin əsasını qoyub (1908). “Əsli və Kərəm”, “Şah Abbas və Хurşidbanu” muğam-оperalarını yazıb. Yaradıcılığının zirvəsi sayılan “Kоrоğlu” оperası 1937-ci ildən səhnədən düşmür. Azərbaycanda musiqili komediya janrının da yaradıcısıdır. “Arşın mal alan”, “О оlmasın, bu оlsun” musiqili kоmediyaları dünyanın bir çох ölkələrinin оpera teatrlarının səhnələrində də müvəffəqiyyətlə оynanılıb. Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) olub. Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), SSRİ Dövlət mükafatı laureatı, SSRİ Xalq artisti (1938) Üzeyir Hacıbəyov 1948-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Bəstəkar Üzeyir Hacıbəyov bəstəkar Zülfüqar Hacıbəyovun qardaşıdır.

 

x