Ülviyyə Heydərova

ssenari müəllifi

Personal Info

  • Doğum tarixi: 20.03.1981

Biography

Ülviyyə Heydərova Şirvanda anadan olub. Azərbaycan İctimai-Siyasi Universitetinin Jurnalistika fakültəsində (1999–2005), Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində (2009), Gənc Ədiblər məktəbində (2010), Pol Freyzerin ssenari kursunda (2017), Teatr Xadimləri İttifaqı nəzdində Ramiz Fətəliyevin Dramaturgiya Laboratoriyasında (2018-…), Rüstəm İbrahimbəyovun Kino Məktəbində onun rəhbərlik elədiyi ssenari bölümündə (2019-…) təhsil alıb.

“Az-Media” (2001-2002), “Vətəndaş həmrəyliyi” (2001-2002) qəzetlərində, “Pəncərə” (2007-2011), “Ölkəm” (2007-2015) jurnallarında müxbir, Space TV-də baş redaktor (2016), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda mətbuat katibi (2017) olaraq çalışıb. 2018-ci ildən Azərbaycan Televiziyasının “Mədəniyyət xəbərləri” Baş redaksiyasının əməkdaşıdır. Müəllifi olduğu pyeslər Azərbaycan, Rusiya, Gürcüstan və Türkiyədə səhnələşdirilib. Pyesləri tmüxtəlif beynəlxalq müsabiqə və festivalların mükafatlarını alıb. Azərbaycan Prezidentinin Sərəncamı ilə Mədəniyyətin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalına layıq görülüb (2019).

 

x