Ülvi Qasımov

prodüser

Personal Info

  • Doğum tarixi: 21.06.1969

Biography

Ülvi Tariyel oğlu Qasımov Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq ixtisasında təhsil alıb (1986-1993). Uşaq yaşlarında filmlərdə və “Mozalan” kinojurnalında (1985) aktyor kimi çəkilib. 2012-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çəkilən filmlərdə prodüser olaraq çalışır.

Fransa istehsalı olan “Birləşmiş ehtiraslar” (2014, rejissor Frederik Auburtin) filminin Azərbaycan çəkilişlərinin icraçı prodüseri olub.

Çoxsaylı reklam, klip və filmlərin, konsert proqramlarının və tədbirlərin prodüseridir.

 

Prodüser Ülvi Qasımov aktyor Tariyel Qasımovun oğludur.

 

 

 

x